Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada öldü

Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.

APA-nın məlumatına görə, çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq axşam 21 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Y. İbrahimovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.