Zelenski bu gün G7 liderləri qarşısında çıxış edəcək

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderlərinin videokonfransına qatılacaq.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Zelenski G7 liderləri qarşısında çıxış edəcək.

Şteffen Hebeştreit onu da qeyd edib ki, konfransın əsas müzakirə mövzusu Kiyevə dəstək olacaq. Konfransdan  sonra Almaniya kansleri Olaf Şolts jurnalistlərə açıqlama verəcək.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.