Zelenski bütün xarici səfərlərini təxirə salıb

Ukrayna Prezidenti Vladimir Zelenski bütün xarici səfərlərini təxirə salıb.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Vladimir Zelenski yaxın günlərdə onun iştirakı ilə planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin razılaşdırılması barədə göstəriş verib. Biz tərəfdaşlarımıza anlayışlarına görə minnətdarıq”, – o, “Facebook” hesabında bildirib.

Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynanın Xarkov vilayətinə yeni hücumları ilə əlaqələndirilir.

Xatırladaq ki, daha öncə Zelenskinin İspaniya və Portuqaliyaya səfərlərinin təxirə salındığı bildirilib.

Əvvəlki məqalə

Xocalıda sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı mərasim keçirilir

Sonrakı məqalə

Suriyadan Azərbaycan vətəndaşı olan 5 qadın və 3 uşaq geri gətirilib –