Zelenski NATO-ya üzvlüklə bağlı ərizəni imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

Bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir.

“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir… Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, – Zelenski deyib.

Zelenski qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib: “De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.

Əvvəlki məqalə

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuat üçün bəyanat veriblər –

Sonrakı məqalə

Oktyabrın birinci ongünlüyündə hava sabit keçəcək