Ukrayna prezidenti Vladimir Zelenski Ali Radada “qələbə planı” təqdim edib.
Azpost.info xəbər verir ki, bu barədə Radanın deputatı Aleksey Qonçarenko “Telegram”da bildirib.
Onun sözlərinə görə, planın əsas məqsədi dürüst və etibarlı sülhdür .
“Planın məqsədi yaşamaq hüququnu qazanmaq və müharibəni etibarlı və dürüst sülhlə bitirməkdir. Amma bu, tərəfdaşlardan asılıdır”, – deputat qeyd edib.
Azpost.info