Zelenski Roma Papasını Ukraynaya dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski Roma Papası Fransisklə danışıb.

Azpost.info xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib. “Papa Fransisklə Ukrayna üçün sülh axtarışları, işğalçıların vəhşilikləri, mühasirəyə alınmış şəhərlərdə humanitar dəhlizlərin açılması haqqında danışdıq. Müharibəyə qarşı aydın və güclü mövqeyinə, Ukrayna üçün dualarına görə ona təşəkkür etdim”, – Zelenski bildirib.

O, Papanı Ukraynaya dəvət etdiyini də deyib: “Onu bu vacib məqamda Ukraynaya səfərə dəvət etdim. İnanıram ki, hər bir ukraynalıya dəstək olacaq bu mühüm səfəri təşkil edə biləcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Nicat Rəhimovun olimpiya çempionluğu əlindən alındı

Sonrakı məqalə

Cəlilabadda narkokuryerlər tutulub