Zelenski sabah Türkiyəyə gəlir –Ərdoğanla İstanbulda görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək. 

Azpost.info “Sabah” qəzetinə istinadən bildirir ki, Zelenski Vilnüsdə keçiriləcək NATO ölkələri liderlərinin zirvə görüşündən əvvəl Türkiyəyə gələcək.

Bu barədə diplomatik mənbələr qəzetə bildirib. Ukrayna prezidenti sabah Türkiyəyə gələcək. Səfər Ərdoğanın dəvəti əsasında baş tutur.

O, prezident Ərdoğanla İstanbulda görüşəcək.

NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.