Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Əvvəlki məqalə

Hər 7 gəncdən biri psixi sağlamlıq problemlərindən əziyyət çəkir

Sonrakı məqalə

2024-cü ilin ən yaxşı futbolçusu adına namizədlər