Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” və “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda deyilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.