“Zirə”nin Avropa Liqasındakı rəqibi məlum oldu –Püşkatma

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də rəqibi bəlli olub.

“Zirə” Moldovanın “Şerif” komandası ilə oynayacaq.

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar – “Qarabağ” (ÇL)  və “Sabah”la (KL) “Sumqayıt” (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

Əvvəlki məqalə

İranda 5 bal gücündə zəlzələ olub, 2 nəfər ölüb, 30 yaralı var

Sonrakı məqalə

Şeyxülislam Provaslav kilsəsinin yeni Yepiskopu Aleksiyi qəbul edib