Əli İnsanovun partiyası təsis konfransı keçirdi, İdarə Heyəti seçildi –Sabiq deputat və eks-səfir vəzifə aldılar (SİYAHI) 

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyasının təsis konfransı keçirilib.

 Azpost.info bildirir ki, bu barədə Ə. İnsanov məlumat yayıb.

Partiyanın Təşkilat Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə Təsis Konfransının keçirilməsi üçün 200 (iki yüz) nəfərlik bir yer ayrılması ilə bağlı müraciət etsə də, Bakı Meriyası cavab məktubunda konfransın keçirilməsi üçün müvafiq yeri özümüzün axtarıb tapmağımızı tövsiyyə olunub. Konfransı yalnız şəhərlərin və rayonların seçilmiş sədrlərin iştirakı ilə keçirilib.

Təşkilat Komitəsinin sədri Əli İnsanov  qeyd edib ki, partiyanın Təşkilat Komitəsinin yarandığı 24 noyabr 2019-cu ildən keçən 2 ay ərzində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla Respublikada 33 şəhər və rayon təşkilatları  yaranıb.

Konfransın aparılması üçün səs vermə yolu ilə Babək Adıgözəlov sədr olmaqla Elşən Bayramlı və Eyvaz Əliyev sədarət, Rəşad Abbaslı isə katib seçilib.

Təsis Konfransına təqdim olunmuş partiyanın nizamnaməsi və proqramı ümumi səs vermə yolu ilə qəbul olunub.

Konfransda  Əli İnsanovun Haqq Ədalət Partiyasının sədri vəzifəsinə namizədliyini irəli sürülüb. Təklif  yekdilliklə qəbul olunub.

Əli İnsanovun sədrliyi ilə konfrans davam etdirildi.

Daha sonra 15 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Onlar aşağıdakılardır:

  • Əli İnsanov
    2) İsa Sadıqov
    3) İsfəndiyar Vahabzadə
    4) Zəminə Dünyamalıyeva
    5) Rəşad Abbaslı
    6) Fərrux Binətzadə
    7) Elşən Bayramlı
    8) Afina Əliyeva
    9) Babək Adıgözəlov
    10) İlqar Quliyev
    11) Eyvaz Əliyev
    12) Murad Muradov
    13) Əfqan Sadıqlı
    14) Bəhram Mehdiyev
    15) Kamran Cəfərov

Partiya sədrinin təklifi ilə İsa Sadıqovun Haqq Ədalət Partiyasının sədrinin 1-ci müavini, İsfəndiyar Vahabzadənin sədr müavini, Zəminə Dünyamalıyevanın sədr müavini vəzifələrinə seçilib.

Elşən Bayramlı partiyanın Mərkəzi Aparatının Rəhbəri, Afina Əliyeva Qadınlar Şurasının sədri, Sevinc Sadıqlı Mərkəzi Təftiş Komisiyasının sədri, Kamran Cəfərov isə Gənclər Təşkilatının sədri vəzifələrinə seçilib.

Gündəlikdəki növbəti məsələ partiyanın Ali Məclisinin üzvlüyünə namizədlərin müzakirəsi oldu. Partiyanın nizamnaməsinə görə İdarə Heyyətinin üzvləri, şəhər və rayon təşkilatlarının sədrləri Ali Məclisin üzvləri olub. Bundan başqa xarici ölkədə yaşayan Azərbaycan vətəndaşlarının yaratdıqları təşkilatların sədrləri də Ali Məclisin üzvləri olurlar. Təqdim olunmuş sənədlərin əsasında Yalçın Qəhrəmanoğlu Ukraynanın Kiyev şəhərində, Murad Quliyev Amerika Birləşmiş Ştatlarında, Nəriman Quliyev Moskva şəhərində, Sahəddin Quliyev Sankt-Peterburq şəhərində, Orman Xeyrullaoğlu Almaniyada, Azər Öməroğlu Fransada, Pirəli Orucov Gürcüstanda yaratdıqları təşkilatın sədri və partiyanın Ali Məclisinin üzvü kimi fəaliyyət göstərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

86 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana yola salınıb

Sonrakı məqalə

Daşaltı əməliyyatından 28 il ötür