İlkin məlumata görə, Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur. Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib. BMT-nin Əfqanıstana Yardım Missiyası terror aktına görə dərin narahatlığını ifadə edib. AFP-nin xəstəxanadakı mənbələrə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 50 nəfər ölüb.