Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb.  Baku.ws məlumat verir ki, Şamxal Həsənli bu gün kollektivlə vidalaşıb. Onun əvəzinə hələlik təyinat olmayıb. Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.