Ədliyyə Nazirliyinin inzibati binasında yanğın söndürülüb –

YENİLƏNİB
26 Avqust 2020 - 11:33

Ədliyyə Nazirliyinin binasında yanğın olub.

Trend-in məlumatına görə, binanın sonuncu mərtəbəsində tüstülənmə müşahidə edilib.

Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Binanın qarşısındakı yol hərəkət üçün məhdudlaşdırılıb. Yanğın söndürülüb.

**

Ədliyyə Nazirliyinin binasında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.