Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ərdoğan Səudiyyə Ərəbistanına hücumu pislədi

User 12 Oktyabr 2026 - 21:53
erdoqan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumunu kəskin şəkildə pisləyib. O, Türkiyənin Səudiyyə Ərəbistanının və səudiyyəli qardaşlarının yanında olduğunu bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə hüquqa və insanlığa zidd hücumları ən qəti şəkildə qınayır.

Türkiyə prezidenti, həmçinin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişi ilə bağlı görülən işlərdən danışıb.

Onun sözlərinə görə, avqustun 7-də imzalanmış sazişin institusional əsaslarının yaradılması istiqamətində işlər davam edir. “Əvvəlki kimi, NATO-da olduğu kimi, Birgə Müdafiə Sazişi çərçivəsində fəaliyyətlər də milli qanunvericiliyimiz əsasında həyata keçiriləcək”, – Ərdoğan bildirib.

Prezident sazişin ölkə daxilində təsdiqlənməsi prosedurlarının tamamlanması üçün yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim olunması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə hadisələrə heç vaxt etnik və məzhəbi baxış bucağından yanaşmır.

“Biz bütün regionumuzda sülhün və sabitliyin hökm sürməsini istəyirik. Regional məsuliyyət və təşəbbüs prinsipi əsasında sülhü müdafiə etməyə, onun təmin olunması üçün səylər göstərməyə davam edəcəyik”, – Türkiyə prezidenti əlavə edib.

AzPost.az

Post navigation

Previous: DTX Masazırda dörd avtomobili yandıran şəxsləri həbs edib
Next: İsrail prezidenti Azərbaycana gəlir

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.