Əli İnsanov MSK-ya maliyyə hesabatı verməyib

Siyasi partiyalar 2022-ci il üçün maliyyə hesabatlarını təqdim edib.

Azpost.info xəbər verir ki, siyahıda hakim Yeni Azərbaycan Partiyası (YAP) da daxil 37 partiyanın adı var. Hətta siyahıda faktiki qeydiyyatı olmayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı da var. Lakin maraqlıdır ki, sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq və Ədalət Partiyasının (HƏP) adı siyahıda yoxdur.

HƏP-in hansı səbəbdən maliyyə hesabatı təqdim etmədiyi bəlli deyil. HƏP 20 yanvar 2020-ci il tarixdə təsis olunub. 15 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınıb. Partiyanın qurucusu keçmiş səhiyyə naziri Əli İnsanovdur. O, həm də HƏP-in sədridir. Əli İnsanov vaxtilə YAP hakimiyyətində təmsil olunub.

O, 1993-2005-ci illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 2005-ci ildə dövlət çevrilişinə cəhd iitihamı ilə həbs olunub. Sonradan iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrum edilib. 2016-cı ildə Əli İnsanov barəsində yeni cinayət işi başlanıb.  Məhkəmənin hökmü ilı Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Sabiq nazir 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüseyn

Əvvəlki məqalə

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib

Sonrakı məqalə

Fazil Mustafaya qarşı terrora görə saxlanılanlardan biri İrandan onu ölümlə hədələyən şəxsin qardaşıdır