Əməkdar rəssam Rəşad Ələkbərov həbs edilib

Azərbaycanın əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.

Bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

“Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq, bu gün barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – vəkil deyib.

Əvvəlki məqalə

Medinski İstanbul danışıqlarının təfərrüatlarını açıqlayıb

Sonrakı məqalə

Təcavüzə məruz qalmış azyaşlı sosial xidmət müəssisəsinə yerləşdirilib