Ərazi bütövlüyümüzün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edildi-

SƏRƏNCAM
25 İyun 2020 - 13:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

 Hüseynov Rövşən Səməd oğlu – istefada olan polkovnik-leytenant

 Çaybasarlı Elçin Rəhman oğlu – istefada olan mayor

 Həsənov Zahir Şamxal oğlu – istefada olan leytenant

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 Babayev Elşad Çingiz oğlu – general-leytenant

 Ağalarov Fazil Köçəri oğlu – general-mayor

 Eminov Məmməd Şəmil oğlu – general-mayor

 Xəlilov Elçin Xəzənağa oğlu – general-mayor

 Nəsibov Qədir Əşrəf oğlu – general-mayor

 

“Vətən uğrunda” medalı ilə

 Əlibəyov Elxan Əlibəy oğlu – general-mayor

 Əliverdiyev Vüqar Əfqan oğlu – general-mayor

 Rzayev Mübariz Balağa oğlu – general-mayor

 Əsgərov Vüqar Feyruz oğlu – polkovnik

 Əzimzadə Emin Rauf oğlu – ədliyyə polkovniki

 Hüseynov Anar Tofiq oğlu – polkovnik

 İslamzadə Namiq Sərəfruz oğlu – polkovnik

 Mirzəyev Fikrət Ərəstun oğlu – polkovnik

 Ramazanov Nəsif Məmmədəli oğlu – polkovnik

 Seyidov İlham İsrayıl oğlu – polkovnik

 Şirvanov Mahir Məhərrəm oğlu – polkovnik

 Əliyev Ramiq Sirac oğlu – polkovnik-leytenant

 Həziyev İbrahim Əsəd oğlu – polkovnik-leytenant

 Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant

 Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant

 Zeynalov Zahir Səlamət oğlu – mayor

 İsmayılov Ceyhun İsaxan oğlu – kapitan

 

“İgidliyə görə” medalı ilə

 Həsənov Ayaz Binyat oğlu – general-leytenant

 Cəfərov Zaur Hüseyn oğlu – polkovnik-leytenant

 Əliyev Əli Mikayıl oğlu – polkovnik-leytenant

 Əmirov Teymur Abbas oğlu – polkovnik-leytenant

 Əfkərov Ramin Əhməd oğlu – mayor

 Hümbətov Ramal Səlim oğlu – mayor

 Mehdiyev Elmar Adil oğlu – mayor

 Təhməzov Ceyhun Mirzəbaba oğlu – kapitan

 Əliyev İlkin Məhəmməd oğlu – baş gizir

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 Əliyev İkram Zülfü oğlu – general-mayor

 İsmayılov Rauf Arif oğlu – general-mayor

 Mahmudov Hüseyn Pənah oğlu – general-mayor

 Babayev Aqşin Azad oğlu – polkovnik

 Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik

 Cəfərov Rövşən Məmmədcəfər oğlu – tibb xidməti polkovniki

 Ərəblinski Şərif Ramazan oğlu – polkovnik

 İsayev Vüqar İsa oğlu – ədliyyə polkovniki

 Məmmədov İlqar Kazım oğlu – polkovnik

 Şirinov Habil Sabir oğlu – istefada olan tibb xidməti polkovnik-leytenantı

 Baxşəliyev Mehman Asdan oğlu – istefada olan mayor

 İsayev Hənifə Hüseyn oğlu – istefada olan mayor

 Sedov Sergey Yakovleviç – istefada olan mayor

 Aslanov Ərşad Xasay oğlu – istefada olan baş leytenant

 Bayramov Siyavuş Rəhim oğlu – ehtiyatda olan baş gizir

 Rəhimova Gülnaz Xasay qızı – baş gizir

 Mehdiyev İlqar Mirzə oğlu – istefada olan gizir

 Müzəffərov Eynulla Feyzulla oğlu – ehtiyatda olan baş çavuş

 Abbasov Basir Ağaəli oğlu – çavuş (ölümündən sonra)

 Həsənov Aftandil Məmməd oğlu – ehtiyatda olan kiçik çavuş

 Salmanov Məhərrəm Hüseyn oğlu – ehtiyatda olan kiçik çavuş

 Həsənov Amil Vəli oğlu – ehtiyatda olan əsgər

 Hüseynov Bilal Ətraf oğlu – ehtiyatda olan əsgər

 Novruzov Eyvaz Əli oğlu – ehtiyatda olan əsgər

 Rəhimov Xudaverən Yaqub oğlu – istefada olan əsgər.