Ərdoğan Bakıda türk dövlətlərini dollardan imtina etməyə çağırıb

16 Oktyabr 2019 - 09:15

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda türkdilli ölkələri qarşılıqlı ticarət zamanı dollar ilə hesablaşmalardan imtinaya çağırıb.

“Dollarla ticarət çox risk yaradır və biz qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik”, – R.T.Ərdoğan bu gün Bakıda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında deyib.