Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə “ayaqüstü” söhbət edib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin ayrıca Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib”, – deyə Peskov bildirib.
Putin oktyabrın 8-də Türkmənistana səfər edib. O, oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək. Tədbirlər Xəzərin şərq sahilində yerləşən Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçirilir.
MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla üzv ölkələrin liderləri iştirak edir. Tədbirin əsas iş günü oktyabrın 9-u olacaq. Sammit çərçivəsində MDB ölkələri arasında əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də regional məsələlərin müzakirəsi nəzərdə tutulur.
Putinin səfəri çərçivəsində digər ikitərəfli təmaslar da planlaşdırılıb. Rusiya liderinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü keçirilib, oktyabrın 9-da isə İran Prezidenti Məsud Pezeşkianla görüşü nəzərdə tutulur.