Əhalinin banklardakı əmanətlərinin 63,7 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,9 faiz artaraq, 2023-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 580,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 63,7 faizi milli, 36,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 5,8 faiz artıb.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,82 (1,84) manata, 100 türk lirəsinə 6,30 (7,86) manata, 100 rus rubluna 1,76 (2,08) manata bərabər olub.

Əvvəlki məqalə

Bu il 14544 boşanma qeydə alınıb

Sonrakı məqalə

Dövlət büdcəsinin kəsiri açıqlandı