Əli İnsanovun partiyası rəsmi qeydiyyat üçün lazım olan 5 min imzanı toplayıb

Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq-Ədalət Partiyası (HƏP) yenidən dövlət qeydiyyatından keçmək üçün lazım olan imzaları toplayıb. 
Azpost.info bildirir ki, bu barədə HƏP-in mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki,  yeni qəbul olunmuş qanuna əsasən hazırlanmış sənədlər partiya üzvləri tərəfindən imzalanıb.
5512 nəfərlik imza ilə hazırlanmış sənədlər İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə təsdiq olunub.
Bundan sonra imzalar Ədliyyə Nazirliyinə təqdim olunacaq.
Əvvəlki məqalə

ABŞ-dan Türkiyəyə “Boeing” qadağası

Sonrakı məqalə

Qarabağın bərpasına ayrılan 3 milyardın 60 faizi istifadə olunub –