Əməkdar artistə ürək damarının partlaması diaqnozu qoyulub

Əməkdar artist Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.

Bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası əməliyyat edilib, hazırda reanimasiyadadır: “Vəziyyəti stabil ağır olaraq qiymətləndirilir”.

Xatırladaq ki, dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yayıb.

Aortanın anevrizması damarın normadan artıq, 50 faizdən çox böyüməsidir.

Əvvəlki məqalə

Subsidiyaları kəsilən avtobus şirkətləri Baş nazirə müraciət etdi –

Sonrakı məqalə

“Kiyevi Moskvanın şərtləri əsasında danışıqlara razı salmağa çalışırlar”