Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

O bu barədə “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir: “Hörmətli Mehriban, başsağlığı mesajınız və kədərimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan, çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəkləriniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək gözəldir”.

Əvvəlki məqalə

FHN-in növbəti qrupu Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Sonrakı məqalə

Türkiyədə 5,3 bal gücündə daha bir zəlzələ olub