Ərdoğan Həsən Ruhani ilə telefon danışığında Qarabağı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki ölkənin lideri həm Türkiyə-İran əlaqələri, həm də regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini və İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığını ifadə edib.

Telefon söhbətində Ərdoğan Qarabağ məsələsinə də toxunaraq deyib ki, region yeni bir mərhələyə qədəm qoyub: “Bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü və iqtidarına kölgə sala biləcək hər cür vasitələrdən kənar durmaq vacibdir. Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xəyal dünyasından reallığa dön!” –

Sonrakı məqalə

İngiltərədə zavodda güclü partlayış olub –