Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfərinə münasibət bildirib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfərinə münasibət bildirib.

Bu barədə dövlət başçısı BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində danışıb.

“İsrail Prezidenti, cənab Hersoqla müxtəlif məsələlərlə bağlı telefon danışıqları aparmışıq. Mart ayında ölkəmizi ziyarət edəcəyi gözlənilir. Təbii ki, bu səfəri müsbət qarşılayırıq. İnşallah, uzun müddətdən sonra belə bir addımın atılması Türkiyə-İsrail münasibətlərinə müsbət təsir göstərəcək”, – dövlət başçısı vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

Sonrakı məqalə

Ərdoğan və Putinin telefon danışığı olacaq