Ərdoğan Putin və Zelenski ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkənin nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşünün nəticələrini müzakirə edib.

Türkiyə Prezidenti Ukrayna və Rusiyanın dövlət başçılarını bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək istəyini bir daha həmkarlarının diqqətinə çatdırıb.

Hər iki lider Türkiyə Prezidentinə nümayəndə heyətlərinin görüşünə İstanbulda ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib.

 

Əvvəlki məqalə

Ermənistanın fövqəladə hallar naziri həbs edilib

Sonrakı məqalə

ABŞ səfiri Azərbaycan-İran sərhədinə gedib