Ərdoğanın təklif etdiyi “3+3” formatının ilk iclası təyin olunub, vaxt açıqlandı –Ermənistan iştiraka razılıq verdi (PAŞİNYAN)

Ermənistan dekabrın 10-da keçiriləcək “3+3” formatı çərçivəsində Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək işçi qrupunun ilk iclasında iştirak edəcək. 
Azpost.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan deyib ki, digər formatlarda müzakirə edilən məsələlərin (Qarabağ məsələsinin, nəqliyyat və kommunikasiyaların bərpası ilə bağlı məsələ) burada müzakirəyə çıxarlmayacağı təqdirdə İrəvan bu formatda iştirkda maraqlıdır.

“Biz bunu həmkarlarla, o cümlədən Rusiya ilə müzakirə etmişik. Bizdə siqnal var ki, onlar bu fikri bölüşürlər”-deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, 3+3 formatı Türkiyə prezidenti Ərdoğan tərəfindən irəli sürülüb. Bu təklif regionda sülhün, sabitiliyin və əməkdaşlığı müzakirə etmək üçün Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Ermənistanı Azərbaycanla delimitasiya ilə bağlı danışıqlara başlamağa çağırıb –

Sonrakı məqalə

“Günəşli” yatağındakı qəzada itkin düşən 17 neftçidən birinin meyiti tapıldı –