10-a yaxın Çin şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib

İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.

Bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda deyib.

O bildirib ki, KOBİA-nın əsas hədəflərindən biri də Qarabağda biznes sektorunun bərpasının dəstəklənməsidir: “İşğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digərlərdir. Bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir. Ona görə də, biz çinli sahibkarları bu sahədə fəal olmağa dəvət edirik”.

Əvvəlki məqalə

Neft Fondunun 2023-cü ildə gəlir və xərcləri nə qədər olub?

Sonrakı məqalə

Azərbaycan sülh sazişi istiqamətində işləri səylə davam etdirir