Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının yubiley iclası keçiriləcək

 

Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci yubiley iclası cari ilin aprel-may aylarında Bakıda keçiriləcək.

Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir