"13 min insana 190 manat verilməsi dayandırılıb" - SAHİL BABAYEV
"İlk 190 manatlıq birdəfəlik ödəmədən sonra ölkə üzrə təxminən 13 min insanın yenidən bu məbləği alması dayandırıldı".
Bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, buna səbəb 3 min şəxsin əlavə gəlir mənbələrinin aşkar edilməsidir: "Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu, onların haqqı idi. Ancaq növbəti aylarda bu dəstək dayandırıldı.
10 min insan isə iş yeri taparaq əmək müqaviləsi bağlayanlar olub. SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı olublar. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".
Əlaqəli xəbərlər
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
Növbəti xəbər yüklənir...