16 yaşlı yeniyetmə su kanalında boğuldu- Ağstafada

Ağstafa rayonunda yeniyetmə su kanalında boğulub.

Hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimərkən boğulub.

Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma başlanılıb(apa).

Əvvəlki məqalə

Makron Rusiyanı terrorizmin sponsoru kimi tanımaq istəmir

Sonrakı məqalə

Rusiya XİN ölkə vətəndaşlarını Estoniyaya səfər etməməyə çağırdı