Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Milli Məclisdən Türkiyəyə Bəyanat –

User 13 Oktyabr 2026 - 17:45
Milli Məclisin yaz sessiyası

Milli Məclisin yaz sessiyası

Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılmasından narahatlığını bildirib.

İşçi qrup Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının və Prezidentin baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı açıqlamalarını əsassız hesab edib.

Azpost.info xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Bununla yanaşı, hər iki ölkənin müstəqil və suveren dövlət olduğu xatırladılıb.

“Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur”, – bəyanatda qeyd olunub.

İşçi qrupun fikrincə, bu prinsipin mahiyyətinin təhrif edilməsi və ondan Azərbaycanın daxili işlərinə müdaxilə üçün istifadə olunması qəbuledilməzdir.

Məktəblərdə geyim müzakirələrinə də münasibət bildirildi

Bəyanatda Azərbaycanın dünyəvi dövlət quruluşunun və dini etiqad azadlığının Konstitusiya ilə təmin edildiyi vurğulanıb. Qeyd olunub ki, ölkənin təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanlar prinsiplərinə əsaslanır.

İşçi qrupun mövqeyinə görə, təhsil müəssisələrində tətbiq edilən qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil olunur və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib.

“Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir”, – bəyanatda bildirilib.

Prezident İlham Əliyevə qarşı ifadələr tənqid edildi

Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına, onun tarixinə və görkəmli şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməz sayılıb.

İşçi qrup Türkiyənin hakim partiyasının bu cür halların qarşısının alınması istiqamətində addım atmamasından təəssüfləndiyini bildirib. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında keçirilən təxribatçı aksiyalara və bu aksiyalarla bağlı çağırışlara münasibət də bəyanatda suallar doğuran məqam kimi qeyd edilib.

Türkiyənin siyasi dairələrinə çağırış

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu hesab edir ki, iki ölkə arasındakı münasibətlərin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir.

Bəyanatda vurğulanıb ki, ayrı-ayrı siyasi xadimlərin açıqlamaları Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirməməlidir.

İşçi qrup Türkiyənin müvafiq siyasi dairələrini, o cümlədən parlamentdə təmsil olunan hakim partiyanın nümayəndələrini həssas məsələlərə məsuliyyətlə yanaşmağa, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət göstərməyə, ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: Qara dənizdə gəmiyə dron hücumu –
Next: Rostov vilayətində hərbi zavodda yanğın baş verib

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.