18 yaşlı Aygün Kazımovanın 30 il əvvəl AZTV-yə müsahibəsi:“Bu boyda ölkədə bir nəfər mənə dəstək verən tapılmadı”

Azərbaycanın Xalq artisti Aygün Kazımovanın 30 il əvvəl Azərbaycan televiziyasına müsahibəsi internetdə yaymlanıb.

Azpost.info bildirir ki, 1989-cu ilin yayında o  dövrün məşhur teleproqramı olan “Dalğa”nın qonağı olmuş Mədəni Maarif Texnikumunun 1-cikurs tələbəsi 18 yaşlı Aygün Kazımova SSRİ-nin çox populyar musiqi  festivalı sayılan “Yurmala”da iştirakından danışır.

Qeyd edək ki, “Yurmala”da uğurla çxış edən A.Kazımova birinci turu keçsə də ikinci turda müvəfəqiyyət qazanmamışdı.

“Dalğa” proqramının aparıcısı İlqar Qasımovla söhbətdə danışan A.Kazımova “Yurmala” festivalında iştirak üçün Azərbaycanın o zamankı  məmurlarından rəsmi dəstək ala bilməməsindən narazılıq edir.

A.Kazımova bildirir ki, Yurmalada çox ağır vəziyyətdə qalıb: “Bu boyda respublikadan bir nəfər yox idi ki, mənə dəstək versin, mənimlə, 18 yaşlı qızla  Yurmalaya getsin.  Orada da görəydilər ki, bu qız tək deyil. Nə Komsomolun Mərkəzi Komitəsindən, nə Televiziyadan, nə də Mədəniyyət Naziriliyindən heç kim kömək eləmədi.  Bizə heç Yurmala mehmanxansında bir yer belə düzəldə bilmədilər. Amma Ermənistandan, Gürcüstandan olan iştirakçılar, onların dostları, nümayəndələri orada  luks nömrələrdə qalırdılar”-deyə gənc A.Kazımova şikayətlənib.

“ Bu müsabiqə mənim qanadlarımı sındırdı. Amma keçməsəm də orada böyük təkliflər gəldi mənə…Kinoya çəkilmək, konsert vermək.”

Daha sonra o, özünün gələcək planlarından danışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK sədri namizədlərə xəbərdarlıq etdi:

Sonrakı məqalə

Fuad Əliyev “Şöhrət” ordeni ilə təltif edildi