“Növbəti aylarda pandemiya ilə əlaqədar 190 manatın verilməsi barədə qərarı Nazirlər Kabineti qəbul edə bilər”.
Bunu bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid – 2021-ci il üçün hədəflər” mövzusunda keçirilən konfransda bildirib. Abbasbəyli deyib ki, əgər növbəti aylarda sərt karantin rejimi tətbiq olunsa, bu barədə Nazirlər Kabinetqərar verəcək: “Biz bu sahədə icraçı orqanıq”. (APA)