190 manatlıq birdəfəlik ödəmə almaq üçün yenidən müraciət edilməlidirmi?

- RƏSMİ AÇIQLAMA
23 İyun 2020 - 15:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin veriləcəyi haqda məlumat yayıb.

“Report” məlumatı təqdim edir:

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur.