1940-cı ilin dekabrında Azərbaycanda 27 dərəcə isti qeydə alınıb

Bu il dekabrın 1-də havanın temperaturunun iqlim normasından 2,3 dərəcə aşağı olması müşahidə edildi. Lakin bu, ən aşağı temperatur deyil. Müşahidələrə görə, son 21 il ərzində dekabrda ən soyuq hava şəraiti 2002-ci ildə qeydə alınıb. Hətta həmin ilin dekabrında temperatur normadan 5 dərəcəyədək aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Naxçıvan Muxtar Respublikasında isə 30 dərəcəyədək şaxta qeydə alınıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

Xidmət rəisinin sözlərinə görə, iqlim dəyişmələri hava şəraitinə çox təsir edən amillərdən biridir və ümumi istiləşmə özünü Azərbaycanda da göstərir: “Çoxillik nəticələri təhlil edərkən məlum olur ki, son 100 il ərzində dekabrda rekord göstərici 1940-cı ildə müşahidə olunub. Həmin il dekabrın 11-də 27.1 dərəcə isti qeydə alınıb. Ötən il temperatur bu göstəriciyə yaxınlaşaraq 26 dərəcə isti olub. Son 21 il ərzində isə ən isti dekabr 2010-cu ildə müşahidə olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.