1985-ci ildə Təzə Pirdə namaz qılan sovet azərbaycanlıları –Şeyxülislam maraqlı FOTO paylaşdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə sosial şəbəkədəki səhifəsində maraqlı foto paylaşıb. 

Azpost.info bildirir ki, SSRİ zamanında -1985-ci ildə çəkilmiş fotoda Təzə Pir məscidində camaat namazı mərasimi əks edilib.

Pişnamaz olan Şeyxülislamın arxsında duran sovet vətəndaşları islam dininin qaydalarına uyğun olaraq namaza durublar.

Məscidə gələnlərin əksəriyyətinin yaşlı insanlar olduğu görünür.

Sovet Azərbaycanı qırmızı əmək bayraqlarının təntənəli keçidinə qərq olarkən ölkənin dini cameəsi çox məzlum halda idi. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər. Bu şəxslərdən biri, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin gənc sədri Hacı Allahşükür Paşazadə idi.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Polis aksiyada Koçaryanın oğlunu saxlayıb

Sonrakı məqalə

Rusiya xaricdən gətirilən silahların saxlandığı anqarları vurmağa başlayıb