“20 il əvvəl deyirdim ki, Ağdam bizim deyil…sülh sazişi zəruridir” –Serj Sarkisyan

“Azərbaycanla sülh müqaviləsinin imzalanması, regionda davamlı sülhün bərqərar olması zərurətdir”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın  üçüncü prezidenti Serj Sarkisyan məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, o, onilliklər ərzində bu nöqteyi-nəzərdən sadiq qalıb və 1990-cı illərin ortalarından bəri kompromislərdən və problemin danışıqlar yolu ilə həllindən danışıb.

“İyirmi il əvvəl mən parlamentin tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bir müddət sonra  özünü vətənpərvər hesab edən, çox şey bildiyini zənn edən insanlar Ağdamda şəkil çəkdirib, “Ağdam vətənimizdir” dedilər. Boşboğazlıq etdiklərinin fərqinə varmayaraq məni ələ saldıqlarını düşündülər. Axırı belə oldu”, – Serj Sarkisyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinin imzalayacağı sülh müqaviləsinin mətnini və formasını bilmir.

“Biz yalnız sızmalardan, başqa ölkələrin mətbuatından müəyyən nəticələr çıxarırıq və görürük ki, ölkə hər dəfə yeni güzəştlərə edir”- Serj Sarkisyan bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda 3 yataqxana niyə sökülür? –

Sonrakı məqalə

Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür