“Veloreabilitasiya” layihəsi çərçivəsində təlim keçirilib

“Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Veloreabilitasiya” layihəsinin üçüncü təlim günü də həyata keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 

Layihənin əsas məqsədi inklüziv mühit yaratmaqla insanların fiziki aktivliyini artırmaq, onların sosial və ictimai həyata inteqrasiyasını gücləndirməkdir.

Layihənin üçüncü təlim günü iştirakçıların bir-biri və layihə komandası ilə yaxından tanış olması, komanda ruhunun gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim proqramı çərçivəsində iştirakçılar müxtəlif tanışlıq və komanda quruculuğu oyunlarında iştirak edərək ünsiyyət, aktiv dinləmə, əməkdaşlıq, qarşılıqlı dəstək bacarıqlarının inkişafına yönəlmiş praktiki fəaliyyətlərə cəlb olunublar. Gün ərzində iştirakçılar qeyri-formal ünsiyyət imkanları yaradan kofe fasiləsində də bir araya gələrək fikir mübadiləsi aparıblar.

Təlim proqramının davamında layihə rəhbəri Amid Həsənquliyevin təqdimatı əsasında iştirakçılar ölkəmizdə velosiped idmanının inkişaf tarixi və müxtəlif velosiped növləri haqqında məlumat əldə ediblər. Daha sonra onlar əlil velosipedləri ilə yaxından tanış olaraq bu vasitələrin xüsusiyyətləri və istifadəsi barədə məlumatlandırılıblar. Günün sonunda isə iştirakçılar velotrekdə praktiki sürüş fəaliyyəti həyata keçirərək ilk təcrübələrini qazanıblar.

Eyni zamanda, layihənin üçüncü təlim günü iştirakçılara layihə çərçivəsində hazırlanmış hədiyyə dəstləri – köynək, fincan və dəftərlər təqdim olunub. Layihənin sonunda isə aktiv 10 nəfər iştirakçı sertifikatlar ilə təltif edilib.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.