200-dən çox məhsulun Rusiyadan çıxarılması qadağan edildi

Rusiya hökuməti ölkədən çıxarılması müvəqqəti qadağan olunan mal və avadanlıqların siyahısını müəyyən edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalı məlumat yayıb. Siyahıya tibbi avadanlıqlar, texnoloji avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı maşınları da daxildir.

Ümumilikdə siyahıda monitorlar, proyektorlar, turbinlər, metal və daş emalı maşınları, dəmir yolu vaqonları və lokomotivlər daxil olmaqla 200-dən çox məhsulun adı keçir. Qadağa Avrasiya İttifaqı ölkələrinə, eyni zamanda Abxaziya və Cənubi Osetiyaya şamil edilməyəcək. Onlar müvafiq icazə ilə məhsulları ala biləcəklər.

İcazənin Rusiya Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və Təbii Sərvətlər Nazirliyi tərəfindən veriləcəyi bildirilir.

İlin sonuna kimi bəzi taxta növlərinin “dost olmayan dövlətlər”ə ixracı da məhdudlaşdırılıb. Belə dövlətlərin siyahısına ABŞ, Kanada və Aİ ölkələri, həmçinin Böyük Britaniya, Yeni Zelandiya, Sinqapur, Tayvan, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsveçrə, Norveç və Ukrayna daxildir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Göyçayın sabiq icra başçısı prokurorluda dindirilib

Sonrakı məqalə

Rusiyalı milyarderlər bahalı yaxtalarını Dubay və Maldivə qaçırır