200-dən çox Azərbaycan vətəndaşı zəlzələ bölgəsindən təxliyə edilib

“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.

Əvvəlki məqalə

Rusiya BMT sülhməramlılarının Qarabağa göndərilməsini real saymır

Sonrakı məqalə

Bakıda məktəbdən çıxan 4-cü sinif şagirdi itkin düşüb