2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu

Azərbaycanda bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum olub.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə 4 585 806 638 manat vəsait ayrılıb.

Həmin vəsaitin 1 934 288 659 manatı müdafiə qüvvələri, 260 612 183 manatı milli təhlükəsizlik, 281 620 334 manatı sərhəd xidməti, 3 901 203 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259 manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə xərclənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mercedes”in Çindəki zavodunda koronavirus tapılıb –

Sonrakı məqalə

Baydenin inauqurasiya mərasimi ənənəvi formada keçirilməyəcək