2022-ci ilin büdcə gəlirləri və xərclərində dəyişiklik edilib

2022-ci ilin icmal büdcəsinin gəlirləri və xərclərində dəyişiklik edilib.

Bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşunda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Bu dəyişiklik əsasən əmək haqlarının artımı ilə bağlı Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 8,0 milyon manat artması, buna müvafiq olaraq Muxtar Respublikanın xərclərinin həmin məbləğ qədər artırılması ilə bağlıdır. Artım nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 577,6 milyon manat təşkil edəcək. Nəticədə icmal büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq. Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsində (İcmal büdcənin xərclərinin yuxarı həddi) 32 milyard 906 milyon 390 min manat rəqəmi 32 milyard 914 milyon 390 min manat rəqəmi ilə əvəz edilməsini təklif olunur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan parlamentdə Azərbaycanla imzalanacaq sənədi müzakirə edib –

Sonrakı məqalə

Şeyxülislam “Mədəniyyət naminə sülh” Forumunun iştirakçıları ilə görüşüb –