2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb

2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb.

“Ən yaxşı bədii əsər” nominasiyası üzrə Ceyn Anna Filipsin “Gecə gözətçisi” romanı qalib olub.

“Dram əsəri” nominasiyası üzrə Eboni But (“Əsas etibar”), tarixi əsər nominasiyası üzrə Caklin Cons (“”Dürüst yaşamaq hüququ yoxdur: Vətəndaş müharibəsi dövründə Bostonda qaradərili işçilərin mübarizələri”) qalib olub.

“Poeziya” nominasiyası üzrə isə Brandon Som (“Tripas: Şeirlər”) fərqlənib.

“The New York Times“ qəzetinin əməkdaşı Hannah Dreyer ABŞ-da miqrant uşaq əməyinə dair silsiləsinə görə “Jurnalist araşdırması” kateqoriyasında seçilib.

“The New York Times“ın jurnalistləri oktyabrın 7-də HAMAS-ın İsrailin cənubundakı hücumunu işıqlandırdıqlarına görə “Xarici reportajlar” kateqoriyasında mükafat alıblar.

Mükafatçılar arasında həmçinin Reuters və The Washington Post qəzetlərinin jurnalistləri və Rusiya Federasiyasında xarici agent kimi tanınan jurnalist Vladimir Kara-Murza da var.

Əvvəlki məqalə

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb –

Sonrakı məqalə

Prokurorluq Zaqatalada kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb