2025-ci ildə ADY-nin qatarlarına 11 dəfə daş atılıb

Qatar
Qatar

Bu ilin ilk 3 ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hərəkətdə olan qatarlara 11 dəfə daş atılıb.

Bu barədə QSC-nin sosial şəbəkə hesabında paylaşım edilib.

ADY xatırladıb ki, qatara daş atanlar qanun qarşısında məsuliyyət daşıyırlar.

“Daş atılması nəticəsində qatarın pəncərəsi zədələnib, sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranıb, bir çox hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaranıb.

Əksər hallarda qatara daş atan azyaşlıların valideynləri tapılaraq vurulan zərərin qarşılığında cərimələniblər.

ADY dəmir yolu xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə, valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən yayındırmağa çağırır”, – deyə məlumatda vurğulanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.