Putin Trampa İranın mövqeyini çatdırdı –Münaqişənin həlli ilə bağlı nə təklif olunur?

Rusiya Prezidenti Vladimir Putin İranla münaqişənin mümkün həlli ilə bağlı Tehranın mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb. Bu addım İran Prezidenti Məsud Pezeşkianla razılaşdırılaraq atılıb.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, Putin və Pezeşkian Türkmənistanda keçirilən sammit çərçivəsində iki dəfə görüşüblər.

Peskovun sözlərinə görə, görüşlərdən birində Rusiya prezidenti iranlı həmkarına Donald Trampla qarşıdakı telefon danışığı barədə məlumat verib.

“Daha sonra İran prezidenti ilə razılaşdırılaraq Putin Trampa münaqişənin mümkün həlli ilə bağlı İran tərəfinin baxışını çatdırıb”, – Peskov jurnalistlərə bildirib.

Türkmənistanda Putin Pezeşkianla ayrıca görüş də keçirib. Bundan əlavə, MDB sammiti və Xəzər Ekologiya Sammiti çərçivəsində Rusiya, İran və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutub.

İran tərəfinin münaqişənin həlli ilə bağlı hansı konkret təklifləri irəli sürdüyü və Trampın bu mövqeyə necə reaksiya verdiyi barədə məlumat açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.