“2025-də NATO ilə Rusiya arasında müharibə…”- Polşalı general

2025-ci ildə NATO ilə Rusiya arasında tammiqyaslı müharibə mümkün deyil.

Azpost.info xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müşaviri general Mişslav Benek deyib.

Bununla belə, general hesab edir ki, Avropa İttifaqı və Alyansla sərhəddə sabitliyi pozmaq cəhdləri güclənə bilər.

“2025-ci ildə Rusiya ilə NATO arasında irimiqyaslı müharibə ehtimalını istisna edirəm. Müharibənin digər formaları – hibrid, Avropa İttifaqı və NATO ilə sərhəddə sabitliyi pozmaq cəhdləri isə güclənə bilər”, – Benek bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların Ukraynadan Moldovaya ötürülməsi riski var və bu səbəbdən Polşa müdafiə sistemlərini gücləndirməlidir.

Benek qeyd edib ki, NATO-nun 2024-cü il təlimləri Rusiyaya Alyansın hazır olduğunu göstərməlidir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.