2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?

2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.

Ədliyyə Nazirliyinin rəsmi saytının məlumatına görə,  2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.

Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 52 yeni doğulan oğlan uşağına seçilən ad olub.

Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Məryəm olub. 85 uşağa bu ad verilib.

Bununla yanaşı, İnci 79, Melisa 78, Alisa 74, Nilay 69, Ayla isə 68 uşağın adı kimi ailələr tərəfindən seçilib.

2025-ci ilin eyni dövründə isə göstəricilər belə olub:

Kişi cinsli: Uğur (137), Hüseyn (87), Yusif (86), Əli (76), Raul (70), Miran (53).
Qadın cinsli: Nilay (91), Məryəm (87), Zəhra (81), Aylin (80), Melisa (78), Ayla (73).

Son 5 ilin statistikası isə aşağıdakı kimidir:

Ad 2022 2023 2024 2025 2026 Son 5 il
Uğur 2032 1800 1832 1721 105 7492
Əli 1865 1720 1389 1151 64 6189
Hüseyn 1752 1506 1384 1164 82 5889
Zəhra 1820 1644 1241 1066 66 5838
Yusif 1656 1539 1191 1100 52 5539
Məryəm 1484 1419 1244 1127 85 5362
Zeynəb 1476 1382 1261 1129 56 5309
Aylin 1504 1327 1161 1095 64 5151
Nilay 1230 1211 1145 1112 69 4767
Raul 1095 1059 1110 1301 76 4642

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.