223 milyon manat dəyərində 4 ton narkotik yandırılıdı –FOTO

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş dörd tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aprelin 26-da Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavod”unun inzibati ərazisində məhv edilib.

Narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Ümumilikdə 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 4 ton 646 çox kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə aidiyyəti təşkilatların iştirakı ilə yandırılaraq məhv edilib. Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 223 milyon manat təşkil edir.

Əvvəlki məqalə

Moskva polisi bu gündən fövqəladə rejimə keçir

Sonrakı məqalə

Sabah hava necə olacaq?